Xəzər Xəbər

Qızıl sürətlə ucuzlaşır: Dollar qızılı çökdürməyə davam edir

İqtisadiyyat | 18:10 • 26 Sentyabr 2022
Qızıl sürətlə ucuzlaşır: Dollar qızılı çökdürməyə davam edir

Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib.

Nyu-Yorkun  "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.53% azalaraq 1 627 ABŞ dollarına enib.

Məlumata görə, bu, 2020-ci ilin aprel ayından bəri ən aşağı səviyyədir.

Əlavə edək ki, gümüşün bir unsiyasının qiyməti isə 1.57% ucuzlaşaraq 18.61 dollar təşkil edib.

Xəbər lenti