Xəzər Xəbər

Dollar sürətlə bahalaşır: Avro və funt minimumda

İqtisadiyyat | 16:50 • 26 Sentyabr 2022
Dollar sürətlə bahalaşır: Avro və funt minimumda

Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib.

Funt sterlinqin kəskin ucuzlaşması ABŞ dollarının səbət valyutalarına qarşı 20 illik zirvəsinə çatmasına kömək edib.

Sterlinqin məzənnəsi 4,9% azalaraq 1,0327 dollara - tarixi minimuma enib. Cümə günü isə yeni maliyyə naziri Kvasi Kvartenqin tarixi vergi endirimlərini açıqladığı zaman sterlinq 3,6% dəyər itirmişdi.

Ukrayna müharibəsində gərginliyin artması fonunda qışa doğru uzanan enerji böhranı və tənəzzül qorxusu ilə avro dollara qarşı yeni 20 illik minimuma yaxınlaşıb.

Səbətinə sterlinq, avro və yen kimi valyutalar daxil olan dollar indeksi 2002-ci ilin may ayından bu yana ilk dəfə 114,58-ə çatdıqdan sonra 114,02-yə endi. Avro isə 0,9528 dollara qədər ucuzlaşıb.

Yaponiyada isə dollar cümə axşamı 24 illik zirvəsi olan 145,90-a doğru yüksəlişini davam etdirib. 

Riskə həssas olan Avstraliya dolları isə 2020-ci ilin may ayından bəri ən aşağı səviyyə olan 0,64865 dollara düşüb və sonuncu dəfə 0,6% zəifləyərək 0,6491 dollara satılıb./Ölkə.Az

Rubrikanın digər xəbərləri

Türkmənistanda SOCAR-ın ofisi
Türkmənistanda SOCAR-ın ofisi AÇILIB
17:30 • 28 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:38 • 28 Noyabr 2023
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:34 • 28 Noyabr 2023
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına BAŞLANILDI
10:25 • 27 Noyabr 2023
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:09 • 25 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
09:36 • 25 Noyabr 2023

Xəbər lenti