Xəzər Xəbər

Moskva-Bakı biletləri neçəyə satılır? QİYMƏTLƏR

Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin qiyməti açıqlanıb
İqtisadiyyat | 15:49 • 26 Sentyabr 2022
Moskva-Bakı biletləri neçəyə satılır?

Rusiyadan Azərbaycana aviareyslərə tələbat artıb.

Bu barədə xezerxeber.az-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib.

“Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq AZAL bildiririk ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri:

- ekonom sinif - 409 avro;

- biznes sinif - 769 avro;

- “VIP Club” tarifi - 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır”, - qeyd olunub.

Xəbər lenti

Rayonlara qar yağıb VİDEO
20:53 • 4 Dekabr 2022

Çox oxunanlar