Xəzər Xəbər

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

İqtisadiyyat | 19:12 • 19 Aprel 2021
Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi  - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.

Xəbər lenti