Xəzər Xəbər

Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə olub - RƏSMİ

İqtisadiyyat | 10:14 • 21 Aprel 2020
 Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimə olub -

"Bu gün saat 08:20-də Baş Sumqayıt - 5-cı blok/post mənzilində kontakt şəbəkədə yaranan nasazlıq nəticəsində Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkəti ləngiyib".

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən xezerxeber.az-a verilən xəbərə görə, elektrik qatarı saat 09:10-da təyinatı üzrə yola salınıb.

09:17


Sumqayıt-Bakı elektrik qatarının hərəkətində yaranan texniki problem aradan qaldırılıb. 


Xezerxeber.az-ın məlumatına görə, qatar saat 9:15-də Bakı istiqamətində hərəkətə başlayıb. 


8:50


Bu gün səhər Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.


Xezerxeber.az bildirir ki, 8:10-da Sumqayıt Dəmiryolu Vağzalından hərəkətə başlayan elektrik qatarı saat 8:20 radələrində Güzdək qəsəbəsi ərazisində dayanıb. Hazırda qatar həmin ərazidədir. Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir. Qatarın nə vaxt yola düşəcəyi barədə məlumat yoxdur. 

Xəbər lenti

Çox oxunanlar