Xəzər Xəbər

"Texas light" neftinin qiyməti mənfi 38 dollara düşüb

İqtisadiyyat | 08:30 • 21 Aprel 2020
"Texas light" neftinin qiyməti mənfi 38 dollara düşüb

Amerikanın "Texas light” (WTI) markalı neftinin qiyməti Nyu-York birjasında 300 faiz ucuzlaşaraq bir barel üçün -37,63 dollara enib.

Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 23:35-ə olan məlumata görə,"WTI” neftinin may füçersləri bu gün əvvəlcə sıfıra, daha sonra mənfi səviyyəyə düşərək tarixi antirekord vurub.

Belə bir sensasiyalı eniş çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə əlaqələndirilir. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur – tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri doludur.

Koronavirus pandemiyası nəticəsində ölkələr sərhədləri bağlayıb, müəssisələr işini dayandırıb ki, bu da neftə tələbin kəskin azalmasına səbəb olub.

Xəbər lenti