Vergiödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur.
Vergilər Nazirliyindən bildirilib ki, müəssisə tərəfindən vergiödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.