Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, hesabat dövründə 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal edilib.