Xəzər Xəbər

Fond: 122 şəxsə güzəştli mənzillərin alınması üçün 5,3 milyon manat ipoteka krediti verilib

İqtisadiyyat | 15:59 • 9 Aprel 2019
Fond: 122 şəxsə güzəştli mənzillərin alınması üçün 5,3 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 122 şəxsə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan güzəştli mənzillərin alınması üçün 5,3 milyon manat məbləğində ipoteka krediti verilib.


Fonddan bildirilib ki, aprelin 1-nə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 milyon manat (353 ədəd) təşkil edib.

Xəbər lenti