Xəzər Xəbər

Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb

İqtisadiyyat | 14:05 • 4 Yanvar 2019
Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb

Bu günədək Bakı-Gəncə-Bakı sürət qatarı ilə 309 sərnişin daşınıb.


"Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dekabrın 30-dan sərnişin daşınmasına başlayan Bakı-Gəncə-Bakı qatarı ilə bu vaxtadək 309 sərnişin daşınıb.


Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, Bakıdan dekabrın 30-dan etibarən ayın cüt günlərində, Gəncədən isə dekabrın 31-dən etibarən ayın tək günlərində "Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı fəaliyyət göstərir.

Xəbər lenti

Çox oxunanlar