ABŞ neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, gələn il "Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 61 dollar, "Light” neftinin qiymətinin isə 54 dollar/barrel olacağı nəzərdə tutulur.
EIA oktyabrdakı hesabatında 2019-cu il üzrə "Brent”in bir barrelinin qiymətinin 72 dollar, "Light” neftinin qiymətinin 65 dollar/barrel olacağını proqnozlaşdırırdı.
"Ötən ay dünyanın ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft istehsalı səviyyəyə çatdı. ABŞ İranın neft ixracını hədəf alan və noyabrın 5-dən qüvvəyə minən sanksiyalar çərçivəsində bu ölkədən neft alan 8 ölkəyə 6 ay müddətə güzəşt tətbiq etdi. Qlobal iqtisadi artım tempinə və neftə olan tələbata dair narahatlıqlar qarşıdakı aylar ərzində də davam edəcək. Qlobal neft ehtiyatlarının gələn ilin ortalarında azalması gözlənilir”, - deyə hesabatda bildirilir.