"Azərmaş" avtomobil
zavodunda yarandığı gündən bəri yüzlərlə maşın istehsal edilib.
İstehlakçılar "Xəzər" maşınından məmnundurlar və şikayət yoxdur.
Bu barədə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir
müavini qeyd edib ki, Azərbaycanda belə bir zavodun qurulması iqtisadi
əməkdaşlıq etdiyimiz bir sıra ölkələr üçün gözlənilməz olub.
"Yaxın zamanlarda 10-a yaxın maşın İqtisadiyyat Nazirliyi tərəfindən alınacaq. Həmçinin Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maşınlar alınıb. Hesab edirəm ki, maşınlar insanların təlabatını ödəməsə, alınmazdı".
N.Səfərov
,eyni zamanda Naxçıvan Avtomobil Zavodunun ( Naz-Lifan) fəaliyyətinin
dayandırılması ilə bağlı məlumatlara münasibət bildirib: "Onlar öz
işlərini davam etdirirlər. Düşünmürəm ki, zavodun fəaliyyəti tam
dayanacaq"./azvision.az