7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından - Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.
Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.