Rəsmi Vaşinqtonun
Moskva və Ankaraya münasibətdə tətbiq etdiyi sanksiyalar və birtərəfli
ticarət tarifləri nəticəsində Rusiya rublu və Türkiyə lirəsi ABŞ dolları
qarşısında dəyərini itirməkdə davam edir.
"Business İnsider" xəbər verir ki, ötən həftənin cümə günü
Trampın ticarət tarifi qərarı ilə ucuzlaşan türk lirəsi ötən gün dollar
qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7 lirə
keçərək, 7,24 lirə təşkil edib.
Lakin Türkiyə Mərkəz Bankınnın
müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara
nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə
dolara nisbətdə 40 faiz ucuzlaşıb.
Rusiyada isə milli valyuta
olan rubl dollar qarşısında 2016-cı il aprelin 18-də qeydə alınan eniş
rekordunu yeniləyib. Hazırda 1 dollar 67,8 rubl təşkil edir.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı avqustun 9-dan bu günədək dollar alışı həyata keçirməyib. /azvision.az