Konqo Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv qəbul edilib.
Xezerxeber.az OPEC-ə istinadla xəbər verir ki, bu barədə qərar iyunun 22-də Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasında qəbul olunub.
İclasda Konqonun OPEC-ə üzvlük tələbi nəzərdən keçirilib və ölkənin dərhal təşkilata üzv qəbul edilməsi qərara alınıb.
Bununla da OPEC-ə üzv ölkələrin sayı 15-də çatıb. Həmin ölkələr bunlardır – Əlcəzair, Anqola, Ekvador, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Konqo.