Xəzər Xəbər

Bitkoin 8,5 min dolları keçdi

İqtisadiyyat | 13:48 • 22 May 2018
Bitkoin 8,5 min dolları keçdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti bahalaşmağa başlayıb.

Trend-in məlumatına görə, bitkoin 8,5 min dollar həddini keçib.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,95% ucuzlaşaraq 8 525 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, "Ethereum" 1,39% və ya 718,23 dollaradək, "Ripple" 2,7% (0,7 dollara qədər), "Bitcoin Cash" isə 3,51% (1 276,72 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 391,06 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür.

Xəbər lenti