"Serbiyada biznesmenlər üçün münbit şərait yaradılıb. Biz biznesmenləri Serbiyaya investisiya qoymağa dəvət edirik" Bunu Azərbaycan-Serbiya işgüzar görüşdə iştirak edən Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
O,
qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələr kifayət qədər inkişaf
etməyib: "İqtisadi əlaqələr bizim siyasi əlaqələrimizin həddinə uyğun
deyil. Dünən imzaladığımız sənədlər bizim münasibətlərimiz üçün
önəmlidir".
Vuçiçin sözlərinə görə, serblər Azərbaycanlı iş
adamlarına ölkələrində otel tikməyi təklif edib: "Azərbaycanda bir sıra
zəngin üslubda tikilmiş otellərə rast gəldik. Belqradda investisiya üçün
münbit şərait tapa bilərsiniz. Belqradda Şərq ornamentləri üslubunda
otel yoxdur. Serbiyada turistlərin sayı ilbəil artır. Bu cür otellərin
Serbiyada tikilməsi əla olar".
Vuçiç, həmçinin bildirib ki,
Serbiya mineral sular baxımından zəngin ölkədir: "Burada turizmin
inkişafı üçün münbit şərait var. Biz Azərbaycan biznesmenlərini ölkəmizə
investisiya yatırmağa dəvət edirik. Bundan gəlir əldə edəcəklər.
Serbiya regionda olan ölkələr içərisində xarici biznesmenlərə daha çox
subsidiya təklif edir".