Xəzər Xəbər

“Sabah”ın yeni baş məşqçisi məlum olub

İdman | 11:27 • 5 Mart 2024
“Sabah”ın yeni baş məşqçisi məlum olub

Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” komandasının yeni baş məşqçi məlum olub.

Xezerxeber.az bildirir ki, klubdan verilən məlumata görə, “tələbələr” xorvatiyalı məşqçi Krunoslav Renduliçlə anlaşıb.

Onunla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub və bu ölkənin kubokunu qazanıb (2022-2023). Renduliç bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə də çıxarıb (2023/2024).

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024