Xəzər Xəbər

“Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edəcək

İdman | 10:50 • 5 Mart 2024
“Bavariya” “Latsio”nu, “Real Sosyedad” PSJ-ni qəbul edəcək

Bu gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Xezerxeber.az xəbər verir ki, Almaniya çempionu “Bavariya” İtaliyanın “Latsio” komandasını qəbul edəcək. İlk görüşdə “Latsio” Münhen təmsilçisini 1:0 hesabı ilə məğlub edib. Oyun saat 00:00-da başlayacaq.

Eyni saatda “Real Sosyedad” Fransa nəhəngi PSJ-ni qəbul edəcək. Bu komandalar arasında baş tutan ilk qarşılaşmada Paris klubu 2:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024