Xəzər Xəbər

“Qarabağ” - “Hekken” oyununa satılmış biletlərin sayı açıqlanıb

İdman | 18:12 • 11 Dekabr 2023
“Qarabağ” - “Hekken” oyununa satılmış biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin "Hekken" komandaları arasında keçiriləcək oyun üçün satılmış biletlərin sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matça indiyədək 18700 bilet satılıb.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.

Xəbər lenti