Xəzər Xəbər

Azərbaycan boksçusu erməni rəqibinə qalib gəldi, ikiqat Avropa çempionu oldu

İdman | 21:45 • 19 Noyabr 2023
Azərbaycan boksçusu erməni rəqibinə qalib gəldi, ikiqat Avropa çempionu oldu

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Boks Federasiyasından bildiriblər ki, finalda ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələn yığmamızın lideri Nicat Hüseynov (51 kq) rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çempionatda 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov isə gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Bir il əvvəl Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024