Xəzər Xəbər

Azərbaycan millisi seçmə mərhələdə son oyununa çıxır

İdman | 11:54 • 19 Noyabr 2023
Azərbaycan millisi seçmə mərhələdə son oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Xezerxeber.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olacaq. "Kinq Baudouin” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qaşılaşmanı macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edəcək.

Hazırda Azərbaycan millisi F qrupunda 7 xalla dördüncü, belçikalılar isə 17 xalla ikincidir.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024