Xəzər Xəbər

Azərbaycan millisi Belçikaya UDUZDU

İdman | 20:04 • 9 Sentyabr 2023
Azərbaycan millisi Belçikaya

Avro-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları davam edir.

Xezerxeber.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün meydana çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edib və 0:1 hesabı ilə uduzub. "Dalğa Arena"da keçirilən görüş saat 17:00-da başlayıb. Bu qələbə ilə Belçika 10 xalla turnir cədvəlində liderliyə yüksəlib.

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək.
 
Qeyd edək ki, millimiz keçirdiyi 4 oyundan sonra 1 xalla qrup sonuncusudur. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024