Xəzər Xəbər

Azərbaycan millisi Belçika yığmasını qəbul edir YENİLƏNƏCƏK

İdman | 09:20 • 9 Sentyabr 2023
Azərbaycan millisi Belçika yığmasını qəbul edir

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Xezerxeber.az-ın məlumatına görə, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi

V tur
F qrupu
17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024