Xəzər Xəbər

“Qarabağ” klubu Belçika komandasını məğlub etdi

İdman | 23:42 • 16 Fevral 2023
“Qarabağ” klubu Belçika komandasını məğlub etdi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” – “Gent” qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi Belçikanın “Gent” komandasını 1:0 hesabı ilə məğlub edib.

Matçın 78-ci dəqiqəsində Ağdam komandasının futbolçusu Leandro Andrade baxımlı qola imza atıb.

Qeyd edək ki, cavab qarşılaşması fevralın 23-də Belçikada təşkil olunacaq.

Xəbər lenti