Xəzər Xəbər

“Qarabağ”ın “Gent”ə vurduğu qol həftənin ən yaxşıları sırasında yer alıb

İdman | 10:34 • 17 Fevral 2023
“Qarabağ”ın “Gent”ə vurduğu qol həftənin ən yaxşıları sırasında yer alıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Xezerxeber.az xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın "Gent" klubuna vurduğu qol da yer alıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

Xəbər lenti