Xəzər Xəbər

Fransalı hücumçu “Qarabağ”da

İdman | 16:09 • 13 Yanvar 2023
Fransalı hücumçu “Qarabağ”da

Ağdamın “Qarabağ” futbol klubu Adama Diakabini heyətinə qatıb.

Xezerxeber.az kluba istinadla xəbər verir ki, Azərbaycan çempionu fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Futbolçu Fransanın U-21 millisinin şərəfini qoruyub. İyirmi altı yaşlı hücumçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023