Xəzər Xəbər

FIFA-nın prezidenti prokurorluqda dindirilib

İdman | 12:59 • 11 Yanvar 2023
FIFA-nın prezidenti prokurorluqda dindirilib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino yanvarın 10-da vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib.

“Le Monde” qəzeti xəbər yayıb ki, Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri yaymaqda və təhqiqata mane olmaqda ittiham edilir. İsveçrə prokurorluğu hələ 2020-ci ilin iyulun ayında Canni İnfantino və ölkənin sabiq federal prokuroru Mixael Lauberə qarşı cinayət işi açıb. FIFA hadisə ilə bağlı şərh verməkdən yayınıb.

Canni İnfantino 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) işləyib. O, qurumdakı fəaliyyətinin son yeddi ilində UEFA-nın baş katibi postunda çalışıb.

Xəbər lenti