Xəzər Xəbər

Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb

İdman | 09:15 • 6 Dekabr 2022
Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb

Xorvatiya millisinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlməsində qapıçı Dominik Livakoviç böyük paya sahib olub.

Xezerxeber.az xəbər verir ki. pley-off oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Seriyada 3:1 hesabı ilə üstün olan Xorvatiya seçməsi mərhələ adlayıb.

Penalti seriyasında 3 seyvlə yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb. O, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 seyv edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.

Xorvatiya millisi dörddəbir finalda Braziliya ilə qarşılaşacaq.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə üz-üzə gələcək.

Xəbər lenti