Xəzər Xəbər

Levandovski Peleni qabaqlayıb

İdman | 15:07 • 5 Dekabr 2022
Levandovski Peleni qabaqlayıb

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb. Otuz yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

Xezerxeber.az xəbər verir ki, 90+9-cu dəqiqədə penaltidən fərqlənən forvard yığmadakı qollarının sayını 78-ə çatdırıb. Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo başçılıq edir. İran seçməsinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir.

Xəbər lenti