Xəzər Xəbər

Azərbaycan millisi Moldova yığmasını məğlub edib

İdman | 08:02 • 17 Noyabr 2022
Azərbaycan millisi Moldova yığmasını məğlub edib

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununda qələbə qazanıb.

Xezerxeber.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda millimizin rəqibi Moldova yığması olub.

Kişineudakı “Zimbru” stadionunda oynanılan və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi matçda Azərbaycan millisi 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində 28-ci dəqiqədə Emin Mahmudov, 42-ci dəqiqədə isə Aleksey İsayev fərqləniblər. Rəqib komandanın qolunu Nikita Motspan vurub.

Xəbər lenti