Xəzər Xəbər

Bu futbolçusu karyerasını başa vurdu

İdman | 18:26 • 16 Noyabr 2022
Bu futbolçusu karyerasını başa vurdu

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Qari Keyxill karyerasını başa vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə 36 yaşlı mərkəz müdafiəçisi öz instaqram hesabında bildirib. Keyxill keçmiş məşqçilərinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, 2012-2019-cu illərdə “Çelsi”də oynayan Keyxill “Aston Villa”, “Bernli”, “Şeffild Yunayted”, “Bolton Uonderers”, “Kristal Pelas”, “Bornmut” kimi komandaların da formasını geyinib. O, 2 dəfə Premyer Liqanı, İngiltərə kuboku yarışı və Avropa Liqasını qazanıb. Həmçinin futbolçu Çempionlar Liqası və Liqa kuboku yarışının da qalibi olub. Müdafiəçi 2010-2018-ci illərdə İngiltərə millisində çıxış edib