Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək

İdman | 13:25 • 30 Sentyabr 2022
Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək.

Xezerxeber.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək turda beş qarşılaşma keçiriləcək.

Sentyabrın 30-da “Səbail” – “Qəbələ” komandaları üz-üzə gələcək. “ASK Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Oktyabrın 1-də ikinci oyun günündə “Turan Tovuz” kollektivi “Zirə”nin qonağı olacaq. Tovuz şəhər stadionuna keçiriləcək matç saat 15:30-da start götürəcək.

Günün mərkəzi qarşılaşmasında lider “Qarabağ” komandası “Neftçi”ni qəbul edəcək. “Azersun Arena” stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Turun sonuncu gününün oyunlarında oktyabrın 2-də “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” komandaları görüşəcək. Şamaxı şəhər stadionunda keçiriləcək ilk matça saat 15:30-da start veriləcək. Digər oyun isə “Kapital Bank Arena”da saat 18:00-da başlayacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Turnir cədvəlində 18 xalla “Qarabağ” və “Neftçi” ilk iki yeri bölüşür. 16 xala malik olan “Sabah” üçüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (12), “Turan Tovuz” (10), “Zirə” (10), “Sabail” (5), “Kapaz” (3), “Sumqayıt” (3) və “Şamaxı” (2) klubları qərarlaşıblar.

Rubrikanın digər xəbərləri

Xəbər lenti