Xəzər Xəbər

“Nant” - “Qarabağ” matçının biletləri satışdadır

İdman | 08:34 • 30 Sentyabr 2022
“Nant” - “Qarabağ” matçının biletləri satışdadır

Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir.

Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Xəbər lenti