Xəzər Xəbər

PSJ Messinin əvəzləyicisini tapdı

İdman | 11:40 • 29 Sentyabr 2022
PSJ Messinin əvəzləyicisini tapdı

Fransa PSJ-si cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Argentina millisinin futbolçusu Lionel Messinin əvəzləyicisini tapıb.

"Fichajes" nəşri xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı hücumçunun gedişindən sonra yarana biləcək boşluğu İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Bernardu Silva ilə doldurmaq istəyir.

PSJ əvvəlcə heyətdə Karlos Soler və Fabian Ruis kimi oyunçuların olduğunu nəzərə alaraq, portuqaliyalı hücumameyli yarımmüdafiəçidən imtina edib. Lakin klubun idman direktoru Luis Kampos "Monako"dan yaxşı tanıdığı 28 yaşlı vingerin transferində şəxsən maraqlıdır. O, hesab edir ki, Silva argentinalını layiqincə əvəzləyə bilər.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Xəbər lenti