Xəzər Xəbər

Günün transfer xəbərləri: Xavi "Barselona"nın əfsanəsi ilə vidalaşacaq

İdman | 17:35 • 28 Sentyabr 2022
Günün transfer xəbərləri: Xavi "Barselona"nın əfsanəsi ilə vidalaşacaq

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Bild" nəşri: "Layptsiq"in futbolçusu Konrad Laymer yay transfer pəncərəsi zamanı "Bayern Münhen"ə keçə bilərdi. Bunu futbolçu özü təsdiqləyib. Laymer qış transfer pəncərəsində bu barədə yenidən düşünəcək".

 

"O Jogo" nəşri: "Liverpul" "Benfika"nın yarımmüdafiəçisi Entso Fernandeslə maraqlanır".

"Sport.es" saytı: "Barselona"nın baş məşqçisi Xavi komandasının əfsanəvi müdafiəçisi Jerar Pikedən qurtulmaq istəyir".

"Todofichajes" nəşri: "Real Madrid"in ulduz futbolçusu Toni Kroos klubda qalmağa və müqaviləsinin müddətini uzatmağa hazırlaşır".

ESPN saytı: "Barselona" ulduz hücumçusu Usmane Dembeledən yaxa qurtarmaq istəyir".

"Gazetta dello Sport" nəşri: "Tottenhem", "Mançester Yunayted" və "Mançester Siti" "İnter"in müdafiəçisi Alessandro Bastoni uğrunda mübarizə aparır"./fanat.az

Xəbər lenti