Xəzər Xəbər

Slaven Biliç İngiltərəyə qayıdır - Yeni klubu məlum oldu

İdman | 17:13 • 26 Sentyabr 2022
Slaven Biliç İngiltərəyə qayıdır - Yeni klubu məlum oldu

Xorvatiyalı mütəxəssis Slaven Biliçin yeni klubu müəyyənləşib. 

Təcrübəli mütəxəssis tezliklə "Uotford"un baş məşqçisi olacaq. Təyinatın elan olunması an məsələsidir.

 

"Telegraf"ın futbol departamentinin rəhbəri Ceyson Bertin xəbəri eksklüziv olaraq yayıb. Mənbə rəsmi təyinat üçün yalnız formallıqların qaldığını bildirib. Beləliklə, Biliç məşqçilik karyerasında üçüncü dəfə adaya qayıdacaq. 

Onun köməkçiləri Danilo Butoroviç, Din Raçunica və həm oyunçu, həm də "Vest Hem"də məşqçi olduğu vaxtlarda birlikdə çalışdığı Julian Diks olacaq. 

"Uotford" ötən mövsüm Premyer Liqadan Çempionşipə yuvarlanıb. Liqanın ən bahalı komandası olan "Uotford" mövsümə üç qələbə, beş heç-heçə və iki qələbə ilə başlayıb. Bu nəticələr rəhbərliyi qane etmədiyi üçün Rob Edvards istefaya göndərilib. /fanat.az

Xəbər lenti