Xəzər Xəbər

Millətlər Liqası: Qrup mərhələsinə yekun vurulur

İdman | 12:39 • 27 Sentyabr 2022
Millətlər Liqası: Qrup mərhələsinə yekun vurulur

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

XəzərXəbər xəbər verir ki, A, B və C Liqalarında keçiriləcək 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə qarşılaşacaq. Hər iki komanda 1-ci yer uğrunda mübarizə aparacaq.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edəcək. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməlidir.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur

27 sentyabr

A Liqası
2-ci qrup

22:45. Portuqaliya - İspaniya
22:45. İsveçrə - Çexiya

Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4

B Liqası

22:45. Ukrayna - Şotlandiya
22:45. İrlandiya - Ermənistan

Xal durumu: Şotlandiya - 12, Ukrayna - 10, İrlandiya - 4, Ermənistan - 3

2-ci qrup

22:45. Albaniya - İslandiya

Xal durumu: İsrail - 8, İslandiya - 3, Albaniya - 1, Rusiya* - 0

4-cü qrup

22:45. İsveç - Sloveniya
22:45. Norveç - Serbiya

Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3

C Liqası
2-ci qrup

22:45. Yunanıstan - Şimali İrlandiya
22:45. Kosovo - Kipr

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.

Xəbər lenti