Xəzər Xəbər

“Qarabağ”- “Viktoriya Plzen” komandalarının oyunu başa çatıb

Cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək
İdman | 22:44 • 17 Avqust 2022
“Qarabağ”- “Viktoriya Plzen” komandalarının oyunu başa çatıb

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb.

Xezerxeber.az xəbər verir ki, “Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb - 0:0.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində müvafiq olaraq, Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırıb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Çexiya çempionu isə əvvəlcə Finlandiyanın “HJK Helsinki”, sonra Moldovanın “Şerif” komandasına qalib gələrək “Qarabağ”ın rəqibi olub.

Xatırladaq ki, “Qarabağ” və “Viktoriya Plzen” komandaları indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünün üçüncü təsnifat mərhələsindəki qarşılaşmada Çexiyadakı ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Bakıda isə 1:1 hesabı ilə nəticələnən oyundan sonra “Viktoriya Plzen” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlmişdi.

Xəbər lenti