Xəzər Xəbər

“Mən müsahibə verəndə həqiqəti biləcəklər” - Ronaldo

İdman | 13:58 • 17 Avqust 2022
“Mən müsahibə verəndə həqiqəti biləcəklər” - Ronaldo

"Mançester Yunayted"in 37 yaşlı hücumçusu Kriştiano Ronaldo azarkeşlərini söz-söhbətlərə inanmamağa çağırıb. 

İngiltərə mətbuatı Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyini iddia etməkdə davam edir.

“Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Son bir neçə ay ərzində 100 xəbərdən yalnız 5-i doğru idi”, - Ronaldo sosial şəbəkələrdə yazıb.

Portuqaliyalı futbolçu "Mançester Yunayted"in mövsümöncəsi hazırlıq turunu buraxıb.

Xəbər lenti

Çox oxunanlar