Xəzər Xəbər

"Qalatasaray" transfer bombasını partladır

İdman | 11:35 • 1 İyul 2022
"Qalatasaray" transfer bombasını partladır

"Qalatsaray" heyətini dünya ulduzu ilə gücləndirməyə hazırlaşır.

İnformasiyanı "Mundo Deportivo" yayıb.

Mənbə "Qalatasaray"ın bu yay "Real Madrid"ən ayrılan İsko ilə danışıq apardığını vurğulayıb. Xəbərə görə, həm İstanbul nəhənginin rəhbərliyi, həm də baş məşqçi Okan Buruk 30 yaşlı futbolçunun transferini prioritet hədəf sayır.

Xatırladaq ki, "Real"a 2013-cü ildə "Malaqa"dan transfer olunan İsko paytaxt klubunda ümumilikdə 353 matça çıxıb. Bu qarşılaşmalarda 53 qol vuran İspaniya millisinin sabiq üzvü 56 məhsuldar ötürmə ilə də yadda qalıb. İsko "Real"ın heyətində 19 titul qazanıb./Fanat.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar