Xəzər Xəbər

Xavi 4 futbolçuya qapını göstərdi ADLAR

İdman | 12:55 • 1 İyul 2022
Xavi 4 futbolçuya qapını göstərdi

"Barselona"nın baş məşqçisi Xavinin gələn mövsüm heyətdə görmək istəmədiyi futbolçuların adı açıqlanıb.

"Mirror" xəbər verir ki, bunlar mərkəz müdafiəçiləri - Oskar Minqeslə Samuel Yumtiti, yarımmüdafiəçi Riki Puç və hücumçu Martin Breytueytdir.

Mənbə Xavinin sözügedən oyunçulara özlərinə yeni iş yeri tapmağı məsləhət gördüyünü vurğulayıb.

Xatırladaq ki, "Barselona" son mövsümün yekunlarına əsasən, La Liqada ikinci yeri tutub./Fanat.Az 

Xəbər lenti