Xəzər Xəbər

"Qarabağ" İbrahima Vadjini satır? AÇIQLAMA

İdman | 10:59 • 15 May 2022
"Qarabağ" İbrahima Vadjini satır?

Tarixində ilk dəfə Super Liqada mübarizə aparacaq "Ümraniyespor" hücum xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisinin baş məşqçisi Recep Uçar rəhbərlikdən komandaya elitada fayda verə biləcək forvard transfer edilməsini istəyib.

Sözügedən klubun transfer siyahısında "Qarabağ"ın hücumçusu İbrahima Vadji də var. Seneqallı oyunçunun çıxışını izləyən "qırmızı-ağlar" Ağdam təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır.

Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Onun söylədikləri belə oldu:

"Vadji ilə klubların maraqlanması normal haldır. Ancaq onu da deyim ki, bizə rəsmi təklif göndərilməyib. İbrahimanın "Qarabağ"la müqaviləsi var. Bu gün üçün onun satılması gündəmdə deyil".

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar