Xəzər Xəbər

"Barselona" tarixə düşən türkü transfer etdi - 400 milyon qiymət qoydu

İdman | 23:10 • 23 Sentyabr 2021
"Barselona" tarixə düşən türkü transfer etdi - 400 milyon qiymət qoydu

"Barselona" Türkiyənin "Kayserispor" komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

Kataloniya təmsilçisinin rəsmi saytı xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub./Fanat.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar