Xəzər Xəbər

Martinez "Barselona"da? - Özü danışdı

İdman | 16:45 • 24 Sentyabr 2021
Martinez "Barselona"da? - Özü danışdı

Ronald Kumanın (Ronald Koeman) göstərdiyi nəticədən narazı olan "Barselona" rəhbərliyinin Belçika millisinin baş məşqçisi Roberto Martinezlə maraqlandığı xəbərini vermişdik. 

"Todofichajes" nəşri xəbər verir ki, 48 yaşlı mütəxəssis bu barədə verilən sualları cavablandırıb: "Şərh edəcəyim bir şey yoxdur. Üç oyun məğlub olanda məşqçinin işini itirəcəyinə dair söz-söhbətlər gəzir. Hazırda heç nəyi şərh etmək istəmirəm".

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasında 5 tura 9 xal qazanıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb./Fanat.Az 

Xəbər lenti