Xəzər Xəbər

“Yuventus” Dibala ilə danışıqları dondurdu

İdman | 19:56 • 27 Noyabr 2020
“Yuventus” Dibala ilə danışıqları dondurdu

İtaliyanın "Yuventus" klubu hücumçusu Paulo Dibala ilə danışıqları dondurub.


XəzərXəbər apasport.az-a istinadla bildirir ki, buna səbəb tərəflərin məvacib məsələsində ortaq məxrəcə gələ bilməməsidir.


Turin təmsilçisi koronavirus pandemiyasına görə yaranan maliyyə problemi üzündən Argentina millisinin üzvünə 15 milyon avro maaş və 10 milyon avro bonus ödəmək fikrində deyil. 27 yaşlı ön xətt oyunçusu isə əməkhaqqısında endirimə getməyi düşünmür.


Dibala ilə 2021-ci ildə yenidən danışıq olacaq. Əgər o zaman da razılıq əldə olunmasa, "qoca sinyora" mövsümün sonunda onun satışına çalışacaq. Çünki əks təqdirdə futbolçu 2022-ci ilin yayında başqa kluba havayı keçəcək.


Qeyd edək ki, Paulo Dibala "Yuventus"a 2015-ci ildə "Palermo"dan keçib.



Ramil

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti