Xəzər Xəbər

Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb

İdman | 10:27 • 25 Noyabr 2020
Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Skilling Open" turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.


Xezerxeber.az xəbər verir ki, rapid üzrə keçirilən yarışın üçüncü gününün oyunlarına şahmatçımız rusiyalı Sergey Karyakin üzərində qələbə ilə başlayıb. Hikaru Nakamura (ABŞ), Le Quanq Liem (Vyetnam), Vidit Quyrati (Hindistan) və Uesli So (ABŞ) ilə görüşlərini heç-heçə ilə başa vuraraq 8 xal toplayan T.Rəcəbov yekun nəticədə 6-cı olub.


Qeyd edək ki, 16 şahmatçının iştirakı ilə keçirilən ilkin mərhələnin yekunlarına görə, ilk səkkizlikdə qərarlaşan şahmatçılar pley-offda mübarizəni davam etdirmək şansı qazanıblar. T.Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Qiri (Niderland) də dörddəbir finala vəsiqə əldə ediblər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti