Xəzər Xəbər

Klubun 27 futbolçusundan 21-də koronavirus aşkarlandı

İdman | 14:53 • 23 İyun 2020
Klubun 27 futbolçusundan 21-də koronavirus aşkarlandı

"Korintians” 21 futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb.

Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə əsas komandanın üzvü olan 27 futbolçudan son aylarda bütövlükdə 190 koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Həmin oyunçulardan 21-nin testi müsbət nəticə verib.

Virusa yoluxan futbolçulardan 13-nün artıq tam sağaldığı bildirilir. Qalan 8 oyunçunun isə müalicəsi hələ də davam etdirilir. Onlar da tam sağaldıqdan sonra komanda ilə məşqlərə başlaya biləcəklər.

Texniki heyət və klubda çalışan digər şəxslər arasında da koronavirusa yoluxanların sayı çoxdu. Onların arasında da 17 nəfərin virusdan tam qurtularaq işlərini davam etdirdiyi bildirilir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti