Xəzər Xəbər

"Barselona"nın prezidenti Valverdenin arxasında durdu

İdman | 16:00 • 10 Yanvar 2020
"Barselona"nın prezidenti Valverdenin arxasında durdu

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Klub rəhbəri yayılan məlumatları təkzib edib:

"Vacib oyunda uduzduq və buna görə də məyus olmuşuq. İstənilən kimi oynamadıq, azarkeşlərin tənqidi normaldır. Valverdenin göndəriləcəyi müzakirə mövzusu deyil. Çünki irəlidə çoxlu oyunlar var".

"Barselona" İspaniya Super kubokunun yarımfinalında "Atletiko"ya 2:3 hesabı ilə uduzub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti