Xəzər Xəbər

“Mançester Siti” öz meydanında “Lester Siti”ni məğlub edib

İdman | 09:11 • 22 Dekabr 2019
“Mançester Siti” öz meydanında “Lester Siti”ni məğlub edib

Dekabrın 21-də futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, bu oyunadək 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Lester Siti” 35 xalla üçüncü yeri tutan "Mançester Siti” komandasının qonağı olub.


Qarşılaşmada hesabı 22-ci dəqiqədə "Lester Siti” Ceyms Vardinin sayəsində açıb - 0:1. Bu qoldan 8 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Riyad Mahrez fərqlənib - 1:1. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış "şəhərli”lər hesabda önə keçiblər. Hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini İlkay Gündoğan dəqiq yerinə yetirib - 2:1.


Qarşılaşmanın ikinci hissəsində Pep Qvardiolanın yetirmələri yenidən fərqləniblər. 69-cu dəqiqədə Qabriel Jesus Kevin De Brüynenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 3:1. Qalan vaxtda hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.


Bu qələbədən sonra xallarının sayını 38-ə çatdıran "Mançester Siti” "Lester Siti”dən bir xal, çempionatın lideri "Liverpul”dan isə 11 xal geri qalır.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti